Lavrov erməni həmkarına diplomatiyadan dərs keçdi
Bizi izləyin

MDB

Lavrov erməni həmkarına diplomatiyadan dərs keçdi

Rusiyanın Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun əvəz edilməsi haqqında Ermənistanın bəyanatına cavab verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, Ermənistan KTMT-nin baş katibini məhz etmək istəyirsə, məhz İrəvan öz vətəndaşını bu postdan geri çağırmalıdır.

“Prosedura əsasən, məhz Ermənistan öz vətəndaşını KTMT baş katibi postundan geri çağırmalıdır”, - bəyanatda deyilir.

Xarici siyasət idarəsindən bildiriblər ki, dünən Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı KTMT-nin baş katibinin geri çağırılması ilə bağlı prosedur barədə lazımı izahat alıb.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun əvəz edilməsinin zəruri olması barədə bəyanat yayıb.

Xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidməti iyulun 26-da KTMT baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Y. Xaçaturova ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürüb. İttiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb. Müstəntiq İrəvan məhkəməsində Y. Xaçaturovun həbs edilməsi ilə bağlı vəsatət qaldırıb. Bu gün Y. Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb. Zaminə buraxma məbləği 5 milyon dram (11 min ABŞ dolları) təşkil edib.

Nizamnaməyə əsasən, KTMT-nin baş katbi postunda 1 yanvar 2020-ci ilə qədər Ermənistanın nümayəndəsi qalmalıdır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm