• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Qərbi şoka salan “QIZIL PLAN” – Putin xilas yolunu tapdı

  • MDB
  • 30 İyul 2018 09:03
  • 4 997 Baxış
Qərbi şoka salan “QIZIL PLAN” – Putin xilas yolunu tapdı

Sirr deyil ki, Rusiya hazırda qızıl-valyuta ehtiyatlarını artırmaqla məşğuldur. Mütəxəssislər bunu “Putinin qızıl planı” adlandırırlar.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, son on ildə ölkənin qızıl ehtiyatları təxminən 1,5 min ton artıb.

Əgər 10 il əvvəl Rusiyanın qızıl ehtiyatı 500 ton təşkil edirdisə, 2018-ci ilin iyun ayına olan məlumata görə, bu göstərici 1944 tondur.

Bununla yanaşı, Rusiya ABŞ-ın qiymətli kağızlarında olan payından qurtulur və “təhlükəsizliyin qızıl balışı ilə" birgə bu addımlar ölkəni qərb iqtisadiyyatından asılılıqdan və qəfil sarsıntılardan qorumağa hesablanıb. Təsadüfi deyil ki, bir neçə gün əvvəl “Bussiness Insider” nəşrinin yazdığına görə, Rusiya və Çin ABŞ-ın ən böyük zəifliyini dövlət istiqrazlarında aşkar ediblər.

Nəşr iddia edir ki, Moskva 2018-ci ilin aprel-may aylarında ABŞ-ın dövlət borc istiqrazlarında aktivləri 96 milyard dollardan 15 milyarda dollara qədər azaldıb. Bu, Birləşmiş Ştatlarda faiz dərəcələrinin artmasına gətirib çıxarıb.

Rusyalı ekspertlər daha bir vacib məqama diqqəti yönəldirlər: Rusiya qızıl-valyuta ehtiyatlarını öz ərazisində saxlayır. Onlar bunu “müdrik gediş” adlandırırlar, çünki bütün dövlətlər bunu nəzərə almayıblar.

İndi qızılın vətənə qaytarılması üzrə tendensiyanı bir çox ölkə izləyir. Bu yaxınlarda Türkiyənin Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyat Sistemindən qiymətli metal ehtiyatlarını çıxartmağa başlayıb. Daha əvvəl Niderland, Almaniya, Avstriya və Venesuela Nyu-York və başqa qərb mərkəzi banklarından bütün qızıl ehtiyatlarını, yaxud da bir hissəsini vətəninə qaytararaq belə addım atmışdılar. Ancaq qızılın vətənə qaytarılması üzrə əməliyyatlar çətinliklərsiz keçmir.

Rusiyanın qiymətli metal ehtiyatının üçdə bir hissəsi Moskvada Mərkəzi Bankın anbarında yerləşdirilib. Rusiyanın qalan qızılı Sankt-Peterburq və Yekaterinburqda saxlanılır.

2018-ci ilin fevralında Rusiya ən böyük qızıl hasilatçılarının ilk beşliyinə düşüb. Əgər indiki tendensiya davam edərsə, ölkə yaxın gələcəkdə ilk yerə bel bağlaya bilər. Geoloqların qiymətləndirmələrinə görə, Rusiya təxminən 12 min 500 ton qızıl ehtiyatına malikdir.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR