Rusiya dünyanı qorxudan silahını satışa çıxarır
Bizi izləyin

MDB

Rusiya dünyanı qorxudan silahını satışa çıxarır

Rusiya ixracat üçün “Kalibr” qanadlı raketlərlə təchiz edilmiş “Layihə 22800” gəmilərini təklif edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda baş nazirin müavini Yuri Borisov bildirib.

“Bu gəmilər çox uğurlu alındı. Böyük tonnaj, yaxşı silahlanma, münasib qiymət və sürət. Ən vacib məsələ “Kalibr” raketləridir. Hesab edirəm ki, bir sıra ölkələr, xüsusilə Sakit okeanı regionunda yerləşən Vyetnam, Çin, Hindistan, həmçinin başqa ölkələrə ixrac oluna bilər”, - o qeyd edib.

Onun sözlərinə görə, hazırda sözügedən gəmilər Rusiya donanmasına daxil ediliblər.

Qeyd edək ki, “Kalibr” Rusiyanın müdafiə sənayesinin ən müasir silahlarından hesab olunur. Onun ABŞ-ın dağıdıcı gücə malik olan və hədəfi çox dəqiq vuran “Tomahavk” raketlərinə alternativ olduğu bildirilir.

“Kalibr” dünyanı qorxuya salan Rusiya silahlarından biri hesab edilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm