• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

Avqustun 24-də MÜHARİBƏ BAŞLAYA BİLƏR – Təmas xəttindəki vəziyyətlə bağlı HƏYƏCANLI PROQNOZ

  • MDB
  • 31 İyul 2018 09:00
  • 5 560 Baxış
Avqustun 24-də MÜHARİBƏ BAŞLAYA BİLƏR – Təmas xəttindəki vəziyyətlə bağlı HƏYƏCANLI PROQNOZ

“Rusiyayönlü döyüşçülər Donbasda təmas xəttinə hərbi texnikanı cəlb edirlər. Bu, onunla izah olunur ki, işğal edilmiş regionlardakı indiki vəziyyət Rusiya prezidenti Vladimir Putini qane etmir və xüsusi halda, Ukraynaya qarşı yeni təxribatlar hazırlayaraq, vəziyyəti dəyişdirmək üçün yollar axtarır”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın Silahlı qüvvələrinin baş qərargahının sabiq başçısının müavini general-leytenant İqor Romanenko “Apostrof” nəşrinə bildirib.

General vurğulayıb ki, Rusiya avqustun 24-nə (avqustun 24-ü Ukraynanın müstəqilliyinin ildönümüdür –red.) hazırlaşır.

“Putin müxtəlif hadisələri təşkil etməyi sevir. Məsələn, Rusiyada Olimpiya oyunları və dünya çempionatını keçirməyi, həmçinin qonşunun bayramını korlamağı. Putində Ukrayna üzrə hələ heç bir dəqiq mövqe formalaşmayıb. Krım üzrə mövqe məlumdur. Şərqdə isə Putin Minsk razılaşmalarında nəzərdə tutulmayan referendumu təklif edərək nəyisə dəyişdirmək istəyir. Aydındır ki, işğal edilmiş regionlardakı indiki vəziyyət Putini qane etmir, onlar yalnız mənəvi və diplomatik deyil, həmçinin maliyyə və iqtisadi itkilərlə üzləşirlər. Putinin referendum haqqında təklifi onu göstərir ki, o, Minsk razılaşmalarını dolayısilə dağıdır. Beləliklə, cəbhə xəttində hərbi güclərin niyə cəlb olunduğu barədə sual cavabını tapır”, - general vurğulayıb.

İqor Romanenkonun sözlərinə görə, Ukrayna hazırlaşmalıdır ki, yeni genişmiqyaslı əməliyyatların başlanması Rusiya üçün qəbuledilməz olsun:

“Mən demirəm ki, Putin hücuma başlayacaq, amma Rusiya hərbi potensialını lazımı səviyyəyə qədər qaldıraraq yeni qruplaşmaları formalaşdırır. Və o, öz hədəflərinə siyasi və ya diplomatik üsullarla nail olmasa, onda hərbi addıma gedəcək. Bu variantlardan biri Ukraynanın Müstəqilliyi Günündə zərbə endirilməsidir. O, düşmənin bayram tədbirlərini korlamaq istəyir. Putin referendum üzrə mənfi cavab aldı və addımbaaddım hərəkət edərək indi vəziyyəti təhlil edir. Payıza qədər kəskinləşmə mümkündürmü? Lokal döyüşlər, əlbəttə ki, olacaq. Amma genişmiqyaslı döyüşlər üçün hələ ki əsas yoxdur. Putini yeni tammiqyaslı müharibəyə getməyə nə məcbur edəcək? Əgər Putin görsə ki, Ukrayannın daxilində hansısa yumşalma olacaq, onda o bundan mütləq istifadə etmək istəyəcək. Bu halda, Putin ölkəmizin cənub regionlarını tutmağa çalışacaq. Biz güclü olmalıyıq və rusiyalılara özümüzü zəif göstərməməliyik”.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR