Rusiyanın qorxduğu başına gəlir – Moskvaya DƏQİQ SİQNAL - - VİDEO
Bizi izləyin

MDB

Rusiyanın qorxduğu başına gəlir – Moskvaya DƏQİQ SİQNAL - - VİDEO

İŞİD terror qruplaşması Tacikistanda xarici turistlərə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu haqda ekstremistlərin informasiya fəallığının monitorinqini aparan Amerika “SITE Intelligence Group” bildirib.

Xatırladaq ki, hadisə iyulun 29-da axşam saatlarında Xatlon vilayətinin Danqarinsk rayonunda baş verib. Sürücü xarici veloturistlərdən ibarət qrupu maşınla vurub. Yol-nəqliyyat hadisəsi nəticəsində üç turist hadisə yerində həlak olub, dördüncü isə xəstəxanada ölüb.

Həlak olanlardan 2-si ABŞ, digərləri isə Niderland və İsveçrə vətəndaşlarıdır.

Həmin gün cinayətdə iştirakı şübhəli bilinən 3 nəfər saxlanılıb, daha 2 nəfər isə tutulma zamanı məhv edilib. Bazar ertəsi daha üç cinayətkar məhv edilib.

Qeyd edək ki, İŞİD-in hücuma görə məsuliyyəti üzərinə götürməsi Rusiyanın narahatlığını növbəti dəfə gündəmə gətirmiş oldu. Moskva dəfələrlə bəyan edib ki, Əfqanıstanın şimalında İŞİD döyüşçülərinin olması Mərkəzi Asiya üçün ciddi təhlükə təşkil edir. Son olaraq, Rusiyanın Əfqanıstandakı səfiri Aleksandr Mantıskiy “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib ki, İŞİD-in Suriya və İraqda məğlubiyyətindən sonra vəziyyət daha da kəskinləşib.

“Bu, çox ciddi problemdir, onu hesabdan silmək olmaz. Ən pisi odur ki, onlar hazırda Əfqanıstanın şimal rayonlarında, yəni, Mərkəzi Asiya respublikalarının sərhədlərə yaxın ərazilərdə cəmləşirlər”, - səfir deyib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi ikinci Asiya şöbəsinin direktoru Zamir Kabulov qeyd edib ki, İŞİD döyüşçülərinin Mərkəzi Asiyaya hücum ssenarisinin reallaşma təhlükəsi artıb. Rusiyalı diplomat vurğulayıb ki, İŞİD Əfqanıstana amerikalılara qarşı cihad üçün gəlməyib.

“İŞİD bu ölkəyə Mərkəzi Asiyaya sonrakı ekspansiya üçün müharibə meydanı yaratmaq üçün gəlib. Bu, çox ciddi məsələdir. Mən demirəm ki, onlar artıq Mərkəzi Asiyaya hücum edirlər, onlar buna hazırlaşırlar. Əgər biz bu anda yatıb qalacağıqsa, onda həqiqətən Amudərya və Pyanj çayları üzrə sərhəddə MDB və KTMT-dəki müttəfiqlərimizlə böyük gücdən istifadə etməli olacağıq”, - o bildirib.

İran da Rusiyanın mövqeyini bölüşür. Bu yaxınlarda İranın keçmiş müdafiə naziri Əhməd Vahidi bildirib ki, Qərb gücləri İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətindən sonra döyüşçüləri Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirir.

“Qərb gücləri İŞİD-i dəstəkləyərək onun İraq və Suriyada məğlub olmamasına çalışırdılar. Amma bu ölkələrdə İŞİD-in məğlubiyyətindən sonra terror qruplaşmasının üzvlərini Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirirlər”, - o deyib.

Əfqanıstanda İŞİD-in mərkəzinin yaranması postsovet sərhədləri, xüsusilə, Rusiya üçün təhlükə təşkil edir. Yeni ərazilərdə terrorçuların kontingentinin bir hissəsini etnik taciklər və özbəklər təşkil edirlər. Mərkəzi Asiyadan gəlmələr 2017-ci ildə dəfələrlə Rusiyada terror aktlarına hazırlıqda ittiham olunaraq saxlanılıb.

Yaxın Şərq və Afrika üzrə rusiyalı ekspert Qriqoriy Lukyanov bildirib ki, postsovet məkanına coğrafi baxımdan yaxın olan Əfqanıstan İŞİD-in sağ qalmağı bacaran hissəsinin əsas mərkəzinə çevrilir.

Təhlükəli tendensiya ondan ibarətdir ki, İŞİD-də mühüm yer tutan əfqan özbəkləri və taciklərin soydaşları keçmiş SSRİ ərazisində yaşayırlar. Bu kanal vasitəsilə “xilafət” tərəfdarlarının təsirinin Rusiyaya qədər uzana biləcəyi ilə bağlı təhlükə var.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm