Siyasətçidən ŞOK SÖZLƏR: "Tutanxamon dövründə qullar daha çox qazanırdılar"
Bizi izləyin

MDB

Siyasətçidən ŞOK SÖZLƏR: "Tutanxamon dövründə qullar daha çox qazanırdılar"

Ukraynanın “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko ukraynalıları Qədim Misirin qulları ilə müqayisə edib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, keçmiş baş nazir bu haqda feysbuk səhifəsində yazıb.

“Ukrayna kəndlərində həyətyanı sahələrdən və bağlardan almaları qəbul etməyə başladılar. Fenomenal qiymət: bir kiloqram üçün 30-40 qəpik. Tutanxamon (eramızdan əvvəl XIV əsrdə yaşamış firon –red.) dövründə Qədim Misirdə qullar daha böyük qazanca malik idilər. Buna insanların təhqir olunmasından başqa ad vermək olmaz”, - Timoşenko qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Polşada işləyən ukraynalılar ölkədə insanlara sağ qalmağa imkan verirlər.

Onun fikrincə, bu vəziyyətdən yeganə çıxış yolu ukraynalılarda Ukraynada işləmək və xaricə getməmək arzusunun yaranması üçün şəraitin təmin edilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm