Rusiyanın bu silahları ABŞ-a KABUS YAŞADIR - Kosmosdakı peyklər vurula bilər
Bizi izləyin

MDB

Rusiyanın bu silahları ABŞ-a KABUS YAŞADIR - Kosmosdakı peyklər vurula bilər

ABŞ-ın dövlət katibinin köməkçisi Ylim D.S. Poblet İsveçrənin Cenevrə şəhərində təşkil edilən Silahsızlanma Konfransında ölkəsinin ən böyük hərbi qorxusunu açıqlayıb.

Publika.az xəbər verir ki, Poblet Rusiyanın raket və lazer sistemləri ilə kosmosdakı peykləri vurmasından qorxduqlarını etiraf edib.

Onun sözlərinə görə, Rusiya istehsal etdiyi silahlarla kosmosdakı peykləri vurmaq potensialına malik olmağı hədəf seçib. ABŞ-ı narahat edən rus silahları arasında daşına bilən lazer sistemi də yer alır.

Qeyd edək ki, bu gün Cenevrədə təşkil edilən konfrans kosmosda silah yarışına girməməyi ehtiva edir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunda Amerika ordusunun tərkibində “Kosmik qüvvələr”in qurulması haqda əmr verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm