Rusiya ABŞ-a SÖZ VERDİ: Moskva bunu birinci etməyəcək
Bizi izləyin

MDB

Rusiya ABŞ-a SÖZ VERDİ: Moskva bunu birinci etməyəcək

Moskva kosmosda silahı birinci yerləşdirmək niyyətində deyil və nəzərə alır ki, belə mövqe Vaşinqton üçün ciddi siqnal olacaq.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov “Beynəlxalq həyat” jurnalına müsahibəsində bildirib.

Diplomat əlavə edib ki, son iki onillik boyunca ABŞ-ın kosmosda üstün olmaq cəhdi görünür. Onun sözlərinə görə, ABŞ-ın cəhdləri fonunda Rusiya kəşfiyyatı, rabitəni, müşahidəni və nəzarəti təmin edən kosmik sistemlərini inkişaf etdirir.

“Kosmosda hələ ki zərbə tipli silahları yoxdur, amma danışıqlar gedir. Bu tendensiya ABŞ-ın hərbi doktrina və praktik sənədlərində müşahidə olunur. Bu istiqamətdə atılan addımlar çox narahatlıq doğurur”, - Rusiyanın xarici siyasət idarəsinin başçısının müavini qeyd edib.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp ölkənin hərbi-kosmik güclərini inkişaf etdirməyə çağırıb. Tramp rəqiblərin artıq kosmosun hərbiləşdirilməsinə başladıqlarını bildirib.

“Amerikanın hərbi üstünlüyünü saxlamaq üçün hər şeydə irəlidə olmalıyıq. Bizim rəqiblərimiz artıq kosmosun hərbiləşdirilməsinə başlayıblar. Həmin ölkələr bu istiqamətdə çox irəliləyiblər. Amma söz verirəm ki, çox tezliklə onlara çatacağıq və qabaqlayacağıq”, - Ağ Evin başçısı Nyu-York ştatında hərbi bazada çıxışında deyib.

Qeyd edək ki, iyunda ABŞ prezidenti Silahlı qüvvələrin yeni növü kimi Kosmik güclərin yaradılması barədə sərəncam verib. Kaliforniya ştatında təyyarə bazasında dəniz piyadaçıları qarşısında çıxış edən prezident vurğulayıb ki, ABŞ-ın yeni milli kosmik strategiyasıyla kosmos quru, hava və dəniz kimi hərbi hərəkətlərin zonası tanınıb.

Bu günlərdə isə ABŞ-ın vitse-prezidenti Mayk Pens Müdafiə Nazirliyində (Pentaqon) çıxışında bildirib ki, Rusiya və Çin kosmik məkanı hərbi hərəkət teatrına çevirərək burada hərbi imkanları gücləndirir. Onun sözlərinə görə, bu gün başqa ölkələr kosmosda yerləşən Amerika sistemlərini heç vaxt olmadığı qədər pozmağa və kosmosda ABŞ-ın liderliyinə son qoymağa çalışırlar. Vitse-prezident qeyd edib ki, ABŞ onlara güzəşt etməyəcək.

“Biz Trampın rəhbərliyi altında ölkəmizi müdafiə edəcəyik və həm dünya, həm də kosmosda dinc bir gələcək quracağıq. Tarix sübut edir ki, sülh güc vasitəsilə gəlir”, - o vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm