“MOSSAD kimi…” - Yanukoviç Rusiyadan BELƏ GƏTİRİLƏCƏK
Bizi izləyin

MDB

“MOSSAD kimi…” - Yanukoviç Rusiyadan BELƏ GƏTİRİLƏCƏK

Dövlət xəyanəti haqqında iş üzrə məhkəmə hökmü veriləcəyi halda, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç xüsusi olaraq yaradılmış qrupun köməyi ilə cəzanın çəkilməsi üçün ölkəyə gətirilməlidir.

Publika.az xəbər verir ki, bu haqda ölkənin İctimai televiziyasına müsahibəsində iş üzrə prokuror Ruslan Kravçenko ifadə edib.

Onun fikrincə, mümkündür ki, MOSSAD (İsrail kəşfiyyatı –red.) kimi bölmə yaradılsın və xüsusi bölmənin əsgərləri Rusiyanın ərazisinə girərək Yanukoviçi Ukraynaya çatdırsınlar. Kravçenko xatırladıb ki, dövlət ittihamçısı sabiq prezidentin 15 il azadlıqdan məhrum edilməsini tələb edib.

Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti olub. O, Maydan hadisələri nəticəsində hakimiyyət dəyişikliyindən sonra – fevralın 22-də ölkəni tərk edib. Hazırda Rusiyada yaşayır. Keçmiş dövlət başçısı barəsində Ukraynada bir neçə cinayət işi qaldırılıb, onun ölkə ərazisindəki əmlakı həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm