Putin 9 azərbaycanlıya vətəndaşlıq verdi
Bizi izləyin

MDB

Putin 9 azərbaycanlıya vətəndaşlıq verdi

Rusiya Prezidenti Vladimir Putin 104 nəfərə vətəndaşlıq verilməsi ilə bağlı sərəncam imzalayıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, sərəncam hüquqi informasiyalar portalında yerləşdirilib.

Sərəncama əsasən, Özbəkistandan 16, Moldovadan 14, Ermənistandan 11, Belorusdan 10, Tacikistandan 10, Azərbaycandan 9, Ukraynadan 5, Əfqanıstandan 5 nəfərə vətəndaşlıq verilib.

Rusiya vətəndaşlığı alanlar arasında Türkiyə, Vyetnam, Gürcüstan, Qazaxıstan, Fransa, İsrail, Kipr, Hindistan, İtaliya, ABŞ və Almaniyadan olanlar da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm