• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

Kilsə müharibəsi: Ortodoks dünyasını çalxalayan qərar verildi

  • MDB
  • 2 Sentyabr 2018 18:08
  • 2 069 Baxış
Kilsə müharibəsi: Ortodoks dünyasını çalxalayan qərar verildi

Yunanıstan patriarxı I Bartolomey Ukrayna Ortodoks Kilsəsinə otosefali (müstəqillik) verəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Rusiya patriarxı Kirillə xəbərdarlıq edib.

Ukrayna Ortodoks kilsəsinin baş yepiskopu Ustratius Yunanıstandakı Ukrayna Kilsəsinə Rusiya Yeparxiyasından ayırmaq haqda fikirləşdiyini və İstanbuldakı görüşündə bu barədə Kirillə məlumat verdiyini deyib.

Qeyd edək ki, Ukrayna Ortodoks kilsələri uzun müddətdir Rusiya Ortodoks kilsələrindən ayrılmaq və müstəqil Ukrayna Kilsəsinin qurulmasını istəyirlər. Ukrayna Ali Radası da Yunanıstan Yeparxiyasının Ukraynada müstəqil kilsə quruculuğunda kömək istəyib. Parlament artıq bununla bağlı qanun layihəsini də qəbul edib.

Qanun layihəsinin qəbul edilməsi, Rusiya və Ukrayna arasındakı diplomatik böhranı bir qədər də gərginləşdirib. Yunanıstan Yeparxiyasının isə Ukraynanın təklifinə müsbət cavab verməsi, xristian dünyasına çaxnaşmaya gətirib çıxarıb.

Məlumdur ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Ukrayna Ortodoks Kilsəsi 3 yerə bölünüb. Bunlardan biri 1500-cü illərdən etibarən Moskova Patriarxlığına bağlı olan Kiyev Patrikhanesi’ne bağlı olan Kiyev Arxiyepiskopluğudur. Rusiyadan tamamiləm ayrılmağı müdafiə edən ukraynalı din adamları isə müstəqil Kiyev Patriarxlığöı və Ukrayna Otesefal Ortodoks Kilsəsini qurdular.

1992-cü ildən Ukrayna Kilsəsinin müstəqillik tələbləri tez-tez gündəmə gəlsə də, Rusiya hökuməti bu tələbləri yerinə yetirməkdən imtina edir. Ortodoks dünyasının qəyyumu iddiasında olan Rusiya Ukrayna kilsələrinin bu tələblərinin siyasi xarakterli olduğunu bildirir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR