8 yaşlı gimnast zəhərlənərək öldü
Bizi izləyin

MDB

8 yaşlı gimnast zəhərlənərək öldü

Ukraynanın 8 yaşlı gimnastı Marqarita Lukaşuk vəfat edib.

Publika.az "Report"a istinadən xəbər verir ki, idmançı Slavutiçdəki sağlamlıq düşərgəsində zəhərləndikdən sonra ölüb.

O, iyul ayında zəhərlənib və iki aydan çox komada qalıb. Onun durumunun digər zəhərlənən 12 uşaqdan daha ağır olduğu bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm