Nazirin əmlakına həbs qoyuldu
Bizi izləyin

MDB

Nazirin əmlakına həbs qoyuldu

Kiyevin Solomenskiy rayon Məhkəməsi Ukraynanın infrastruktur naziri Vladimir Omelyanın əmlakına həbs qoyub.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibi məlumat yayıb.

Qeyd edək ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu sentyabrın 13-də Omelyanın qanunsuz zənginləşməsi barədə məlumat yayıb. Nazir isə bəyanatında ona qarşı irəli sürülən ittihamı təkzib edib və buna görə istefaya getməyəcəyini açıqlayıb.

Məhkəmə 5 milyon qriven girovla V.Omelyanın barəsində həbs qətimkan tədbirini dəyişdirib. Lakin ondan ölkəni tərk etməməsi tələb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm