Ukraynadan müharibəyə səbəb olacaq ADDIM: hərbi gəmiləri Rusiya sularına girdi və...
Bizi izləyin

MDB

Ukraynadan müharibəyə səbəb olacaq ADDIM: hərbi gəmiləri Rusiya sularına girdi və...

Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin iki gəmisi Krım sahillərində Rusiyanın xüsusi iqtisadi zonasına girib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Krım üzrə bölməsi bildirib.

Qeyd edilib ki, gəmilər Federal Təhlükəsizlik Xidmətinin Sərhəd xidmətinin sahil mühafizəsinin gəmiləri tərəfindən müşayiət olunur.

Daha əvvəl Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin komandanlığı və Baş qərargahdakı mənbələrə istinadən KİV bildirib ki, Kiyev Azov dənizinə zirehli katerlərin göndərilməsinə başlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm