Putinin dostu prezident postundan kənarlaşdırıldı
Bizi izləyin

MDB

Putinin dostu prezident postundan kənarlaşdırıldı

Moldovanın Konstitusiya Məhkəməsi İqor Dodonu yeni nazirləri təsdiq etməkdən imtina etdiyinə görə müvvəqqəti postundan kənarlaşdırıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, qərar Demokratik Partiyasından olan deputatların sorğusu üzrə qəbul edilib.

Daha əvvəl Moldova prezidenti bəyan edib ki, boş qalan 6 nazir postuna göstərilən namizədlərin heç birini təsdiq etməyəcək.

“Hakimiyyətdən uzaqlaşdırılsam da, pis nüfuza malik şəxslərin namizədliyini təsdiq etmərəm. Bu, Moldova Demokratik Partiyasının böyük səhvidir ki, keçmişdə adı bank firıldaqlarında hallanan şəxslərin namizədliyini nazir postuna irəli sürürlər", - Dodon bildirib.

Qeyd edək ki, Dodon Nazirlər Kabinetindən fərqli olaraq Rusiyameylli hesab olunur.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm