ABŞ-a öldürücü zərbə vurula bilər - Ekspert
Bizi izləyin

MDB

ABŞ-a öldürücü zərbə vurula bilər - Ekspert

Rusiya ABŞ-ın sanksiyalarına öldürücü zərbə vura bilər.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Siyasi-İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri Vasili Koltaşov deyib. Ekspert bildirib ki, ABŞ ilk vaxtlarda Rusiya şirkətləri ilə bağlı məhdudlaşdırıcı qərar verdikdə, bu şirkətlərin aksiyalarına ciddi zərbə dəymişdi:

“Qərb hər zaman hazır olmalıdır ki, Rusiya son anda olduqca sərt cavab tədbirləri görə bilər. Hazırki dövrdə diplomatların deportasiyası, yaxud diplomatik nümayəndəliklərin bağlanılması effektiv deyil. Cavab assimterik olmalıdır. Əks halda, Rusiya özünü zəif göstərər”.

Koltaşov bildirir ki, Rusiya ABŞ-ın intellektual mövcudluğunu ölkədə qadağan edə bilər:

“Rusiya bütünlüklə “Maykrofost”dan imtina etmək gücünə malikdir. Birbaşa yerli sistemə keçə bilər. Hansı ki, Müdafiə Nazirliyi hazırda ondan istifadə edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm