1 milyon dollarlıq qiymətli daş sərhəddə ələ keçirildi
Bizi izləyin

MDB

1 milyon dollarlıq qiymətli daş sərhəddə ələ keçirildi

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) və prokurorluğun əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində Macarıstan ilə sərhəddə, Zakarpatye vilayətində külli miqdarda kəhrəba daşının ölkədən çıxarılmasının qarşısı alınıb.

Publika.az xəbər verir ki, “Lujanka” gömrük məntəqəsində hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinə məxsus mikroavtobusda bir tondan yuxarı kəhrəba daşı aşkarlayıblar.

Araşdırma zamanı məlum olub ki, gömrük işçisi Ukrayna sərhədindən Avropa İttifaqı ölkələrinə qaçaq yolla külli miqdarda kəhrəba daşı aparmağa cəhd göstərib. UTX-də gömrük işçisi barəsində cinayət işi açılıb.

Götürülən kəhrəba daşının qiymətinin “qara bazar”da təxminən bir milyon dollar olduğu bildirilir. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm