Rusiyanın yeni paytaxtı bu regionda ola bilər – Şoyqu
Bizi izləyin

MDB

Rusiyanın yeni paytaxtı bu regionda ola bilər – Şoyqu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Uralın arxasında yeni paytaxt yaratmağı təklif edib.

Publika.az xəbər verir ki, nazir bu haqda ““Neizvestnaya Sibir” jurnalına müsahibəsində danışıb.

O hesab edir ki, rusiyalıların Sibir və Uzaq Şərqə cəlb edilməsi haqqında fikirləşmək lazımdır.

Şoyqunun fikrincə, bu, Sibir və Uzaq Şərq ərazilərinin inkişafı üçün impuls verəcək. Nazirin sözlərinə görə, bu ərazilərdə həyat üçün münasib şərtlər formalaşdırmaq və beləliklə, insanları adıçəkilən regionlara cəlb etmək lazımdır.

Daha əvvəl “Milli informasiya xidməti” bildirib ki, Rusiyada 15 il sonra Moskvaya alternativ iqtisadi mərkəzlər meydana çıxmağa başlaya bilər. Onların arasında Vladivostok, Novosibirsk və Yekaterinburqun adı çəkilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm