Yaşayış binasında YANĞIN - 100-dən çox sakin... - VİDEO
Bizi izləyin

MDB

Yaşayış binasında YANĞIN - 100-dən çox sakin... - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində 16 mərtəbəli binada yanğın baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ilk öncə binanın 9-11-ci mərtəbələri, daha sonra 12-ci mərtəbəsi də yanmağa başlayıb.

İlkin məlumata əsasən, 100-dən çox sakin təxliyə olunub. Ölən və yaralananlar barədə məlumat verilmir. Hadisə yerində 15 ədəd yanğınsöndürən texnika və 47 yanğınsöndürən çalışır.

Yanğının səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm