MDB
Lavrov: “ABŞ-a cavab vermək məcburiyyətindəyik”
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ-ın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə”dən çıxış imkanını şərh edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, bu sahədə istənilən hərəkət əks təsirlə qarşılaşacaq.
“Əlbəttə, biz artıq bir neçə dəfə bildirmişik və prezident Vladimir Putin Soçidə “Valday” forumunda təsdiq etdi ki, bu sahədə istənilən hərəkət əks təsirlə qarşılaşacaq, çünki strateji sabitlik yalnız paritet əsaslarda təmin edilə bilər. Biz qlobal sabitlik üçün məsuliyyət daşıyırıq və hesab edirik ki, ABŞ da məsuliyyət üzrə öz payından imtina etməyəcək”, - nazir deyib.
Lavrov nüvə razılaşmasından çəkilməyi planlaşdıran ABŞ-dan açıqlama gözlədiklərini vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə müqaviləni pozan tərəfin məhz ABŞ olduğunu qeyd edib.
“Müqavilədən çəkilmələri dünyanı daha təhlikəli bir yer halına gətirir. Rusiya heç bir zaman ilk hücum edən tərəf olmayacaq. Ancaq atacaqları addımlara cavab vermək məcburiyyətindəyik”, - Peskov söyləyib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar müqaviləyə riayət etmək niyyətində deyil. Onun sözlərinə görə, Moskva müqaviləni pozur.
Xatırladaq ki, ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən “Orta və yaxınmənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə” 1987-ci ildə Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir.
Ömər
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı


































.jpg)
