Lavrov HƏR ŞEYİ AÇDI: Rusiya sərhədlərində...
Bizi izləyin

MDB

Lavrov HƏR ŞEYİ AÇDI: Rusiya sərhədlərində...

Rusiyaya sərhəddə hərbi fəallığın artması və sanksiyaların müddətinin uzadılması formasında ən güclü təzyiqlər edilir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Rusiya həmyerlilərinin VI Ümumdünya Konqresinin açılışında bildirib.

Diplomat əlavə edib ki, həmyerlilərdən bir çoxu yaşadığı ölkələrdə bu mənfi tendensiyaların nəticələri ilə qarşılaşırlar.

Lavrov həmçinin, dünyada rusofob xəttinin gücləndirilməsindən danışıb.

“Rusofob xətti, həmçinin rus dilinə hücumlar güclənir, amma bu təxribatlar məğlub olur. Anti-Rusiya informasiya kampaniyası görünməmiş imkan əldə edib. Bir sıra dövlətlərdə rus dili və Rusiya təhsilinə hücumlar güclənir”, - Lavrov bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm