Separatçı qurumların yeni başçıları məlum oldu
Bizi izləyin

MDB

Separatçı qurumların yeni başçıları məlum oldu

Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası” separatçı rejimin başçısı vəzifəsinə keçirilən “seçkilər”də Leonid Paseçnik qalib gəlib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Paseçnik seçicilərin 68,3 faiz səsini yığıb.

“Respublikanın başçısı”nın postuna dörd namizəd iddia edirdi.

“Donetsk Xalq Respublikası” separatçı qurumun başçısı postuna keçirilən “seçkilər”də isə Denis Puşilin seçicilərin 60,9 faiz səsini toplayaraq qalib gəlib.

Qeyd edək ki, “seçkilər” noyabrın 11-də keçirilib. Kiyev “seçkilər”i tanımadığını açıqlayıb. Kremldən isə bildiriblər ki, proses Minsk razılaşmalarına zidd deyil.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm