Rusiya ilə böyük müharibə başlayacaq - Romanenko
Bizi izləyin

MDB

Rusiya ilə böyük müharibə başlayacaq - Romanenko

Rusiya hökuməti Azov dənizini Ukrayna gəmiləri üçün bağlaya bilər. Bu isə öz növbəsində tərəflər arasında böyük müharibəyə səbəb ola biləcək.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəis müavini İqor Romanenko danışıb.

Onun sözlərinə görə, belə olan halda müharibə aparmaq məqsədyönlü deyil, çünki Ukrayna ordusu Rusiyanın hücumuna cavab vermək iqtidarında deyil.

“Qərb bizə qoşun verməyəcək. Çünki onlar müharibənin miqyasının genişlənməsini və Üçüncü Dünya müharibəsinə çevrilməsini istəmir. İqtisadi, diplomatik və hərbi sahələrdə isə fəal şəkildə bizə dəstək verəcəklər, ancaq Ukrayna üçün vuruşmaq istəməyəcəklər”, - Romanenko bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm