MDB
Kremldən hədə kimi BƏYANAT: Rusiya strateji balansın saxlanılması üçün…
ABŞ Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxacağı halda, Rusiya dünyada strateji balansın saxlanılması üçün tədbirlər görəcək.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxışına Rusiyanın qaçılmaz cavabına gəlincə, prezident Vladimir Putin tərəfindən də deyildiyi kimi, bu onunla bağlıdır ki, Vaşinqtonun hərəkəti strateji balansın pozulmasına gətirib çıxara bilər. Müvafiq olaraq, Rusiya sülh və sabitliyin xeyrinə bu balansın bərpası üçün hərəkətlərə təşəbbüs etməyə məcbur olacaq”, - o vurğulayıb.
Peskov Rusiyanın məhz hansı cavab hərəkətlərinə təşəbbüs edəcəyini dəqiqləşdirməyib, ancaq qeyd edib ki, Rusiyanın milli maraqlarının təmin edilməsi və təhlükəsizliyin təmin olunması üçün lazım olan tədbirlər görüləcək.
Kremlin sözçüsü əlavə edib ki, Moskva müqavilə üzrə Vaşinqtonla dialoqun davam etdirilməsinə hazırdır.
Qeyd edək ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir.
Oktyabrın 21-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.
Ömər
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!