Poroşenko Rusiya ordusunu Ukraynaya YERİDƏCƏK - SENSASİYALI AÇIQLAMA
Bizi izləyin

MDB

Poroşenko Rusiya ordusunu Ukraynaya YERİDƏCƏK - SENSASİYALI AÇIQLAMA

“Kerç boğazındakı təxribat Ukraynada prezident seçkilərini təxirə salmaq üçün planlaşdırılıb”.

Publika.az xəbər verir ki, bu sözləri yerli mediaya açıqlamasında rusiyalı mütəxəssis Eduard Popov deyib.

E.Popov bildirib ki, qarşıdurma süni şəkildə baş verib və 31 mart 2019-cu ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə hesablanıb:

“Azov dənizindəki olay sıfırdan qurulub. Ukrayna seçkilərin qarşısını almaq və ya təxirə salmaq üçün gərginliyi pik həddə çatdırır. Poroşenkonun səs faizi hazırda çox aşağıdır. Rusiyanı Ukrayna torpaqlarına ordu yeritməsi üçün qıcıqlandırmağa çalışır. Ukrayna Ali Radasının hərbi vəziyyət elan etməsi təqdirində Pyotr Poroşenkonun Azov dənizi ilə yanaşı, Donbasda da gərginliyi artıracağı gözlənilir”.

Bundan başqa, Ali Radada Bakı vaxtilə 18:00-da müzakirəyə çıxarılması gözlənilən hərbi vəziyyətlə bağlı qanun layihəsi Ukraynada seçkilərin və kütləvi iğtişaşların qadağan edilməsini ehtiva edir. Layihəyə görə, hərbi vəziyyət boyunca prezident, Ali Rada və bələdiyyə seçkiləri keçirilə bilməz, konsitutsiyada dəyişiklik edilə bilməz.

Xatırladaq ki, ötən gün Kerç körfəzində Ukrayna və Rusiya hərbi gəmilərinin iştirakıyla qarşıdurma baş verib. Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.

Hücum nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb (Rusiya 3 dənizçinin yaralandığını açıqlayıb), 3 Ukrayna gəmisi ələ keçirilib. Zəbt edilən gəmilər və Ukrayna hərbçiləri Kerç limanına aparılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm