MDB
Jirinovskidən SENSASİYALI SÖZLƏR: Ukrayna ordusu 27 dəqiqəyə... - VİDEO
Ukrayna ordusu 27 dəqiqə ərzində Rusiya qoşunları tərəfindən məhv ediləcək.
Publika.az xəbər verir ki, bu haqda Rusiya siyasətçisi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Rossiya-1” telekanalında tok-şouda bildirib.
“Hər şey təkrarlanır. Bir vaxtlar anqlosakslar Hitleri SSRİ-yə hücum etməyə məcbur etdilər. Poroşenko, əlbəttə ki, Hitler deyil, amma o, bu rolu oynayır”, - Jirinovski deyib.
Partiya lideri nasist Almaniyanın “Qaliçina” diviziyasının taleyini xatırladıb. Diviziya 1944-cü ilin iyulunda döyüşdə sovet qoşunları tərəfindən darmadağın edilmişdi.
“Hitler “Qaliçina” diviziyası yaratdı. Bu diviziya Sovet ordusu ilə nə qədər döyüşdü? 27 dəqiqə. Avakov və başqa nazirlər deyirlər ki, müharibə üç gün ərzində bitəcək. Hansı üç gün? 27 dəqiqədə bitəcək və Ukrayna ordusundan heç nə qalmayacaq”, - Jirinovski xəbərdarlıq edib.
Onun sözlərinə görə, 2019-cu ildə Ukraynanın Rusiya ilə müharibəyə başlayacağı faktı Rusiyanın xüsusi xidmət orqanları üçün sirr deyil. Jirinovski vurğulayıb ki, seçkilər Kiyev hakimiyyətinə lazım deyil.
Maraqlıdır ki, Jirinovski sentyabrın əvvəlində Ukrayna ordusunu məhv etmək üçün 5 dəqiqənin kifayət edəcəyini bildirmişdi.
Ömər
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
-
Sosial09:57Aparat rəhbəri vəzifəsindən getdi
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: Yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?














.webp)



















