MDB
Kiyevdən TƏHLÜKƏLİ GEDİŞ: NATO-ya müraciət edildi
Ukrayna Kerç boğazındakı hadisə ilə əlaqədar NATO gəmilərinin Qara dənizə daxil olması şəklində Qərbin dəstəyinə bel bağlayır.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı bu haqda Amerikanın NBC telekanalına bildirib.
“O qeyd etdi ki, Ukraynaya dəstəyin mümkün variantlarından biri NATO-nun bir neçə gəmisinin Qara dənizə girməsi ola bilər, çünki bu, qlobal təhlükəsizliyin hədəfidir”, - mətbuat xidmətinin xəbərində deyilir.
Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerçen boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisi saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Ötən gün məhkəmə 24 dənizçidən 15-i barədə həbs qəti-imkan tədbiri seçib.
Poroşenko ötən gün Rusiya rəhbərliyindən dənizçiləri və gəmiləri azad etməyi tələb edib. Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsi pozub.
Ömər
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu












.jpg)






.jpg)


















