Putin şahzadə ilə ona görə səmimi görüşdü ki... - Kremldən AÇIQLAMA - - VİDEO
Bizi izləyin

MDB

Putin şahzadə ilə ona görə səmimi görüşdü ki... - Kremldən AÇIQLAMA - - VİDEO

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Putinlə Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman arasında Argentinada baş tutan səmimi görüş haqqında danışıb.

Publika.az xəbər verir ki, sözçü görüşün faydalı və əhatəli keçdiyini bildirib.

İkili arasında səmimi salamlaşmağa dair müzakirələri dəyərləndirən Peskov Rusiya ilə Səudiyyə Ərəbistanının münasibətlərinin inkişafda olduğunu qeyd edib. “Səudiyyə Ərəbistanında jurnalist Camal Qaşıqçının cinayəti ilə bağlı gərginlik davam edərkən Vladimir Putinin şahzadə ilə səmimi görüşü necə dəyərləndirilməlidir” sualına mətbuat katibi belə cavab verib: “Rusiyanın Səudiyyə Ərəbistanı ilə öz münasibətləri var. Səudiyyənin Qaşıqçı cinayətinin istintaqına qatılmağa hazır olduğunu görürük. Ölkəmizin Səudiyyə Ərəbistanı ilə əlaqələrinin genişlənməsində maraqlıyıq.

Görüş əsnasında münasibətlərlə yanaşı, OPEK çərçivəsindəki əməkdaşlıq da müzakirə edilib. Dolayısı ilə, ən ali səviyyəli görüşlər ikili münasibətləri inkişaf etdirmək marağından yola çıxaraq gerçəkləşdirilir”.

Qeyd edək ki, sözügedən liderlər Argentinada keçirilən G20 zirvəsində bir araya gəlmiş və zirvənin ailə fotosundan sonra səmimi şəkildə salamlaşmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm