Ermənistanda növbədənkənar parlament seçkiləri başladı
Bizi izləyin

MDB

Ermənistanda növbədənkənar parlament seçkiləri başladı

Bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir.

Publika.az xəbər verir ki, seçkilərdə 2,5 milyon nəfər parlamentin 101 üzvünü müəyyən etmək üçün sandıq başına keçəcək. Proses 12 saat davam edəcək. Mərkəzi Seçki Komissiyası seçkilərdə 9 partiya və iki blokun iştirakını qeydə alıb. Xaricdə yaşayan vətəndaşlar üçün seçki məntəqələrinin açılması nəzərdə tutulmayıb. Onlar yalnız Ermənistana qayıtmaqla səs verə bilər. Aprel ayında inqilab edərək Serj Sərkisyanı devirən Nikol Paşinyan növbədənkənar seçkilər keçirilməsi üçün oktyabr ayında baş nazirlik vəzifəsindən istefa vermişdi. Seçkiqabağı aparılan anket sorğularına əsasən, Paşinyanın “Mənim addımım” ittifaqının açıq fərqlə qalib gələcəyi ehtimal edilir. Onun ən yaxın rəqibi isə Çiçəklənən Ermənistan Partiyasıdır. Daha öncə 10 il iqtidarda olan Serj Sərkisyanın Respublika Partiyasının isə uğursuzluq əldə edəcəyi yüksək ehtimal edilir. Seçkilərdə parlamnetin ən az 101 üzvü müəyyən ediləcək. Ermənistan Konsitutsiyasına görə, parlamentin ən az 101, ən çox 200 üzvü ola bilər. Yenə konsitutsiyaya əsasən, parlamentdə ən az 3 partiya təmsil edilməlidir. Parlamentin qurulmasından sonra millət vəkilləri 31 dekabrda baş naziri seçəcək və baş nazir öz hökumətini quracaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm