Paşinyanın əsl niyyəti seçkilər bitməmiş üzə çıxdı - ÖZÜ AÇIQLADI
Bizi izləyin

MDB

Paşinyanın əsl niyyəti seçkilər bitməmiş üzə çıxdı - ÖZÜ AÇIQLADI

Hazırda Ermənistanın baş naziri səlahiyyətlərini müvəqqəti olaraq icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katibin təyin edilməsi ilə bağlı fikirlərini açıqlayıb.

Publika.az xəbər verir ki, baş nazir bu barədə heç bir qənaətə gəlmədiyini deyib.

Səsvermədən sonra jurnalistlərə açıqlama verən Paşinyan Ermənistanın artıq öz mövqeyini ifadə etdiyini və baş katiblik məsələsinin vacib olmadığını deyib.

Xatırladaq ki, Ermənistanı KTMT-də baş katib postunda təmsil edən Yuri Xaçaturov vəzifəsindən istefa verdiyi üçün təşkilatın baş katib postu boş qalıb. Qanunla bu posta Belarus təmsilçisi seçilməli idi. Lakin Paşinyan 2020-ci ilə qədər Ermənistanın baş katiblikdə qalmasını istəyirdi. Buna görə də Rusiya prezidenti Vladimir Putinlə razılıq əsasında 6 dekabra təyin edilən KTMT-nin Sankt-Peterburq sammiti 1 ay sonraya təxirə salınmışdı ki, təşkilatdakı uğursuzluq Paşinyanın bugünkü seçkilərdə nüfuzuna xələl gətirməsin.

Belarus prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra dekabrın 6-da jurnalistlərə bildirib ki, tərəflər KTMT baş katibinin təyin edilməsi mexanizminə dair razılığa gəliblər. Yeni baş katib Belarusun nümayəndəsi ola bilər.

“Sputnik Ermənistan”a verdiyi müsahibədə isə Paşinyanın mətbuat katibi Arman Yegoyan baş katiblik problemini sualını həll etmədiklərini söyləyərək Belarus liderinin sözlərini təkzib edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm