“Moskva bu bəhanə ilə…” – Lukaşenkodan gündəmi DƏYİŞDİRƏCƏK İDDİA
Bizi izləyin

MDB

“Moskva bu bəhanə ilə…” – Lukaşenkodan gündəmi DƏYİŞDİRƏCƏK İDDİA

Moskva “dərin inteqrasiya” bəhanəsi ilə Belarusu Rusiyanın tərkibinə birləşdirmək istəyir.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya jurnalistlərinə müsahibəsində deyib.

“Mən bu işarələri anlayıram: nefti alın, amma gəlin ölkəni dağıdın və Rusiyanın tərkibinə daxil olun. Bəziləri daha dərin inteqrasiyadan danışırlar. Və bəziləri birbaşa deyirlər ki, biz hazırıq ki, siz 6 vilayətlə Rusiyanın tərkibinə girəsiniz”, - prezident bildirib.

Agentlik xatırladır ki, bir gün əvvəl Rusiya-Belarus İttifaq Dövlətinin Nazirlər Şurasının iclasında Rusiyanın baş naziri Dmitri Medvedev Moskvanın ümumi emissiya mərkəzi, məhkəmə və başqa orqanların yaradılmasına qədər Minsklə inteqrasiyanı dərinləşdirməyə hazır olduğunu deyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm