Qarşıdakı 20 ildə... - Rusiya üçün QORXUNC XƏBƏRDARLIQ
Bizi izləyin

MDB

Qarşıdakı 20 ildə... - Rusiya üçün QORXUNC XƏBƏRDARLIQ

Uzunmüddətli iqtisadi durğunluq Rusiyanın rifahı üçün 10 təhdid yaradır.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Yabloko Partiyasının sədri Qriqori Yavlinski deyib.

“Qarşıda bizi 20 il durğunluq gözləyir. İqtisadiyyatımızda son beş ildə baş verənlər sayəsində ən yaxşı halda 20 illik durğunluq bizi gözləyir. Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatındaa sürətlə geri qalır. Belə durğunluq ölkə əhalisi üçün ciddi təhdidlər yaradır. Bu təhdidlər əhalinin gəlirlərinin azalması, yerli şirkətlərin sayının azalması, vətəndaşların borclarının artması, vergi təzyiqi artımının davam etməsi, dollarla hesablaşmanın dayandırılması, qiymət artımı, iqtisadi artım keyfiyyətinin pis olması, investisiyanın ölkədən qaçması neft qiymətlərinin ucuzlaşmasının davamı və sanksiyalardır. Sanksiyalar getdikcə daha çox güclənir. Bu siyasət sayəsində Rusiya artıq hər kəsin sanksiya tətbiq edə biləcəyi ölkəyə çevrilib. Bu isə iqtisadiyyatı dağıdır, rifahı məhv edir və bizdən gələcəyimizi alır” – deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm