Ukraynada qızılca xəstəliyindən 16 nəfər öldü
Bizi izləyin

MDB

Ukraynada qızılca xəstəliyindən 16 nəfər öldü

2018-ci ildə Ukraynada qızılca xəstəliyindən 16 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Sonuncu dəfə ötən həftə Odessada qızılcadan bir uşaq dünyasını dəyişib. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə qızılca xəstəliyi ilə bağlı göstəricilər yüksəkdir. Son bir həftədə Ukraynada 2656 nəfər bu xəstəliyə tutulub.

Nazirlik hesab edir ki, qızılcanın yayılmasının əsas səbəbi valideynlərin uşaqlarını bu xəstəliyə qarşı peyvənd etdirməməsidir. Nazirlik xəstəliyin yayılmaması üçün uşaqların peyvənd edilməsini vacib sayır. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm