Qanun layihəsi hazırlandı - Rusiyaya MÜHARİBƏ ELANI
Bizi izləyin

MDB

Qanun layihəsi hazırlandı - Rusiyaya MÜHARİBƏ ELANI

Ukrayna Ali Radasın deputatı Vitali Kupriy Rusiyaya müharibə elan etmək xahişiylə prezident Pyotr Poroşenkoya müraciətin layihəsini parlamentə təqdim edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ali Radadan bildirilib.

Xatırladaq ki, Ukrayna prezidenti dekabrın 11-də Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsinin dayandırılması haqqında qanunu imzalayıb. Dekabrın 6-da Ali Rada Rusiya ilə dostluq müqaviləsinin dayandırılması haqqında qanunu qəbul etmişdi. Qanun layihəsinin təşəbbüskarı Ukrayna prezidenti idi. Qanuna əsasən, 2019-cu il aprelin 1-dən dostluq müqaviləsi qüvvədən düşür.

Qeyd edək ki, Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm