Prezidentin iqamətgahları vurulacaq, 5-6 saat ərzində… - İldırımsürətli MÜHARİBƏ PLANI
Bizi izləyin

MDB

Prezidentin iqamətgahları vurulacaq, 5-6 saat ərzində… - İldırımsürətli MÜHARİBƏ PLANI

Rusiya hərbi eksperti İqor Korotçenko Ukrayna və Rusiya arasındakı mümkün müharibənin ssenarisini açıqlayıb.

Publika.az xəbər verir ki, ekspert bu haqda “Rossiya 1” telekanalında “60 dəqiqə” proqramında bildirib.

Onun sözlərinə görə, nə qədər ki, Ukrayna aktiv hərbi hərəkətlərə təşəbbüs etməyəcək, Kreml sadəcə olanları müşahidə edəcək və maksimum öz səfirliyini Moskvaya təxliyyə edəcək. Hərb ekspert qeyd edib ki, ancaq hərbi qarşıdurma halında Kiyevə qarşı güc tətbiq ediləcək.

“Ukrayna bizə müharibəni elan etsə belə, biz hadisələri müşahidə edəcəyik. Amma Poroşenko (Ukrayna prezidenti Pyotr Poroşenko –red.) Rusiya ərazisinə hücum haqqında əmr verən kimi, blitskriq (ildırım sürətli müharibə - red.) və ya Donbasın təmizləməsi üzrə (görə) genişmiqyaslı kampaniya başlanacaq. Bax, burada artıq başqa vəziyyət yaranır”, - Korotçenko təhdidedici surətdə çıxış edib.

İqor Korotçenko hətta Rusiya ordusunun hərəkət planını təsəvvür edib:

“Biz quru qruplaşmalarla Ukrayna ilə vuruşmayacağıq. Beş-altı saat ərzində yüksək dəqiqlikli silahlarla distans zərbələr vurulacaq. Rusiya sərhədini keçən Ukrayna qruplaşmaları, qərargahlar, Ali Baş komandan kimi Rusiyaya qarşı müharibə əmri vermiş Poroşenkonun iqamətgahları, hərbi aviasiya və raketlərin yerləşdiyi Ukrayna aerodromlarına zərbələr vurulacaq. Bütün bunlar bir neçə saat ərzində Rusiya Silahlı qüvvələri tərəfindən məhv ediləcək”, - o yekunlaşdırıb.

Xatırladaq ki, iki gün əvvəl Ukrayna Ali Radasın deputatı Vitali Kupriy Rusiyaya müharibə elan etmək xahişiylə prezident Pyotr Poroşenkoya müraciətin layihəsini parlamentə təqdim edib.

Dekabrın 11-də isə Ukrayna prezidenti Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsinin dayandırılması haqqında qanunu imzalayıb. Dekabrın 6-da Ali Rada Rusiya ilə dostluq müqaviləsinin dayandırılması haqqında qanunu qəbul etmişdi. Qanun layihəsinin təşəbbüskarı Ukrayna prezidenti idi. Qanuna əsasən, 2019-cu il aprelin 1-dən dostluq müqaviləsi qüvvədən düşür.

Qeyd edək ki, Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm