Deputat və politoloq canlı efirdə dalaşdı - VİDEO
Bizi izləyin

MDB

Deputat və politoloq canlı efirdə dalaşdı - VİDEO

Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk və siyasi elmlər doktoru Aleksandr Semçenko “NewsOne” telekanalında “Ukrayna siyasətinin episentri” proqramının efirində dalaşıblar.

Publika.az xəbər verir ki, dava Mosiyçukun Semçenkonu “Rusiya təbliğatçısı” adlandırması, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və Kremlin pulu ilə işləməkdə ittiham etməsi ilə başlayıb.

Buna cavab olaraq politoloq qeyd edib ki, ruhi xəstələrlə psixiatrlar məşğul olmalıdır. Ancaq deputat öz ittihamlarını davam etdirib və bildirib ki, efiri tərk etmək istəyir. Semçenko deputatı “ruhi xəstə” adlandırıb və qeyd edib ki, onun Ali Radaya necə düşməsi anlaşılmazdır. Bundan sonra deputat studiyanı tərk etmək tələbləri ilə politoloqa hücum edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm