• USD 1,7000 0,00% EUR 2,0193 +0,19%
    • GBP 2,3709 +0,14% RUB 0,0232 +0,43%

Rusiyada AĞIR YOL QƏZASI - Ölənlər arasında azərbaycanlı da var - VİDEO

  • MDB
  • 29 Dekabr 2018 23:11
  • 1 532 Baxış
Rusiyada AĞIR YOL QƏZASI - Ölənlər arasında azərbaycanlı da var - VİDEO

Bu gün Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nefteyuqansk rayonu ərazisində yük maşını ilə avtobusun toqquşması nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar da var.

Publika.az xəbər verir ki, bu barədə Yuqra hökumətinin rəsmi qərargahı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin məlumatına görə, "MAZ" markalı yük avtomobili qarşı hərəkət zolağına çıxaraq burada "Rosneft" ASC-nin Nefteyuqansk filialının əməkdaşlarını daşıyan avtobusla toqquşub. Ardınca "Qazel", "Niva" və yanacaqdaşıyan maşın da onlara çırpılıb.

Qəza nəticəsində ölənlər arasında əslən azərbaycanlı olan 1973-cü il təvəllüdlü Rasim Ağaxanov da var. Həmçinin 2 azərbaycanlı – 1989-cu il təvəllüdlü Ruslan İsgəndərov və 1988-ci il təvəllüdlü Nail Mansurov xəsarət alıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR