Putin Rusiya xalqına səsləndi: "Dünyanı yalnız bu şəkildə..."
Bizi izləyin

MDB

Putin Rusiya xalqına səsləndi: "Dünyanı yalnız bu şəkildə..."

Rusiya lideri Vladimir Putin Yeni il münasibətilə xalqına müraciət edib.

Publika.az xəbər verir ki, dövlət televiziyasında ənənəvi bayram çıxışı edən lider vətəndaşlarına Yeni ildə bir-birinə bağlı şəkildə, bir komanda formasında yaşamaq çağırışı edib.

Başqalarından yardım gözləməmək mövzusuna toxunan prezident rus xalqına gözəl arzularını çatdırıb.

“Qarşımızda iqtisadiyyat, elm, texnologiya, sağlamlıq, təhsil və mədəniyyət sahələrində reallaşdırmağımız vacib olan bir çox vəzifə var. Ən əsası isə hamının yaşayış kefiyyətini yüksəltmək üçün addım-addım inkişaf etməyimiz lazımdır. Bunu sadəcə bərabər fəaliyyətlə edə bilərik. Bizə kömək edəcək kimsələr heç vaxt olmadı və olmayacaq. Buna görə də bir-birimizə bağlı, ayrılmaq və güclü şəkildə komanda qurmalıyıq. Yeni ildə mərhəmətli olmalı və xəstələri, tənhaları unutmamalıyıq. Ana-atanıza təşəkkür edin, uşaqları qucaqlayın, hər kəsə sevgilərinizi göstərin, qəlblərinizi bir-birinizə açın. Çünki yalnız milyonlarla insan belə duyğular keçirdiyində dünya sevgi ilə dolar”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm