Rusiyadan Türkiyəyə qarşı SKANDAL BƏYANAT: YPG və Bəşər Əsəd...
Bizi izləyin

MDB

Rusiyadan Türkiyəyə qarşı SKANDAL BƏYANAT: YPG və Bəşər Əsəd...

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyənin Suriyada terror təşkilatlarına istiqamətli planlaşdırdığı əməliyyat öncəsi qalmaqal yaradacaq açıqlama verib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Zaxarova rəsmi Dəməşqlə YPG terror təşkilatı arasında dialoq qurulmasının əhəmiyyətli olduğunu bildirib.

“2018-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp Suriyadan çəkiləcəklərini açıqladı. Bu baxımdan, YPG-nin Suriya hökuməti dialoq qurması xüsusi əhəmiyyət daşıyır. Çünki YPG, dəfələrlə qeyd etdiyimiz kimi, Suriya cəmiyyətinin əhəmiyyətli bir parçasıdır və kürdlərin olduğu bölgələrin yenidən Suriya hökumətinin nəzarətinə keçməsi Suriyanın qonşularına yönəlik təhlükəsizlik risklərini aradan qaldıracaq”, - Zaxarova brifinqdə deyib.

ABŞ-ın Suriyadan çəkilmə qərarını doğru adlandıran Zaxarova ABŞ əsgərlərinin boşaldacağı bölgələrin Suriya hökumətinin nəzarətinə verilməli olduğunun vurğulayıb.

Qeyd edək ki, Ankara YPG-ni terror təşkilatı olaraq tanıyır və hazırda ona qarşı əməliyyata hazırlaşır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm