Moskvada sərnişinə atəş açan erməni sürücü tutuldu
Bizi izləyin

MDB

Moskvada sərnişinə atəş açan erməni sürücü tutuldu

Rusiyanın paytaxtı Moskvada erməni taksi sürücüsü sərnişinə atəş açıb.

Trend-in məlumatına görə, hadisəyə səbəb Krılatskoye rayonunda gənc cütlüyün əvvəlcə sürücü ilə qiyməti razılaşdırması, lakin sürücünün sonradan daha yüksək məbləğ istəməsi olub. Tərəflər arasında mübahisə yaransa da, taksi sürücüsü avtomobilinə əyləşərək gedib, lakin bir az getməmiş sərnişinlərin yanına qayıdıb. Avtomobildən düşən erməni qəflətən oğlana travmatik silahdan atəş açıb. Amma hədəfdən yayındığı üçün xəsarət alan olmayıb.

Paytaxt polisi 48 yaşlı sürücünü saxlayıb.

Moskva ətrafında Odintsovsk rayonunda qeydiyyatda olan erməniyə qarşı Cinayət Məcəlləsinin "Xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm