Rusiyada təyyarə qaçırıldı - - FOTO
Bizi izləyin

MDB

Rusiyada təyyarə qaçırıldı - - FOTO

Surqutdan Moskvaya reys yerinə yetirən təyyarədə ştatdankənar vəziyyət yaranıb.

Publika.az Rusiya KİV-ə istinadən xəbər verir ki, sərnişinlərdən biri təyyarəni Əfqanıstan istiqamətində yönəltməyi tələb edib.

Təyyarə uçuş trayektoriyasını dəyişdirib, o artıq Xantı-Mansiyskdə yerə enib. - 41 yaşlı Pavel adlı cinayətkarın saxlanıldığı barədə xəbər yayılsa da, Milli Terrorçuluğa Qarşı Komitə təyyarəni tutmuş sərnişinin saxlanılması barədə informasiyasını təsdiq etməyib. Onun hazırda təyyarədə olduğu bildirilir.

“Cinayətkar hələ təyyarədədir”, - Komitənin rəsmi nümayəndəsi bildirib.

Qeyd edilir ki, cinayətlar sərxoşluq vəziyyətindədir. Hadisənin motivləri hələlik məlum deyil.

Mənbəyə istinadən “RİA-Novosti” agentliyi bildirib ki, təyyarə ekipajı sərxoş sərnişini inandırdı ki, laynerə əlavə yanacaq doldurulması üçün Xantı-Mansiyskdə enməlidir.

“REN-TV” telekanalının məlumatına görə, Pavel daha əvvəllər soyğunçuluq, narkotiklərin satışı və oğurluqda mühakimə edilib.

Qeyd olunub ki, təyyarədə 69 sərnişin var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm