Bu türk ölkəsinin adı dəyişdirilə bilər
Bizi izləyin

MDB

Bu türk ölkəsinin adı dəyişdirilə bilər

Qazaxıstan parlamentinin deputatı “Ak jol” Demokrat Partiyasının fraksiyasının rəhbəri Azad Peruaşev ölkənin adının dəyişdirilməsini təklif edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, Qazaxıstan adı “Qazax Respublikası” ilə əvəzlənməlidir.

“Biz hökumətə “Qazax Respublikası” rəsmi adının tətbiqinin imkanına baxmağı təklif etdik”, - Peruaşev jurnalistlərə deyib.

O qeyd edib ki, bu təklif onun fraksiyasının üzvləri tərəfindən dəstəklənib.

Deputatın fikrincə, bu, tarixi ədalət məsələsidir. Millət vəkili yeni adın 2020-ci ildə SSRİ-nin tərkibində Qazax Sovet Sosialist Respublikasının yaradılmasının 100 illik ildönümü ilə bağlı verilməsini təklif edib. Deputat xatırladıb ki, hələ 2014-cü ildə Prezident Nursultan Nazarbayev Qazaxıstan adının Qazax Elinə (Qazax Respublikası) dəyişdirilməsi təklifini irəli sürmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm