MDB
Azərbaycan konsulundan Mehman Hüseynovla bağlı MƏKTUB - Sübutlar...
Əsl narazılıq Azərbaycanda yox, Ermənistanda müşahidə olunur.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Vaşinqtondakı konsulu Vüqar Qurbanovun “The Washington Post” qəzetinə ünvanladığı məktubunda deyilir.
Məktubda qeyd olunur: “Regionumuzda baş vermiş son hadisələrdən əldə olunan maraqlı dərs ondan ibarətdir ki, Azərbaycan daimi tənqidlərə məruz qaldığı bir vaxtda, məhz qonşu Ermənistanda militarist hökumətə qarşı narazılıq yaranırdı. Bununla belə, bir çox ekspertlər diqqətlərini Azərbaycana yönəldir və Ermənistanda rejimin dəyişməsinə səbəb olmuş illərin narazılığını diqqətə almırdılar”.
Mehman Hüseynovla bağlı vəziyyətə gəldikdə isə, məktubda qeyd olunur ki, o, aclıq aksiyası keçirməyib və bir sıra avropalı rəsmi şəxs bunun şahidi olub:
“Bundan başqa, digər məhbusların da aclıq aksiyası keçirdiyi barədə sübutlar yoxdur. Mehman Hüseynov bir müddət əvvəl şəxsən Prezident İlham Əliyevə müraciət edib və işi ilə bağlı daha dəqiq araşdırma aparılmasını xahiş edib. Ona qarşı bütün cinayət işlər dayandırılıb”.
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...







































