Allahşükür Paşazadədən patriarxa MÜRACİƏT - Rusiyada məscid inşa edilsin
Bizi izləyin

MDB

Allahşükür Paşazadədən patriarxa MÜRACİƏT - Rusiyada məscid inşa edilsin

Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril ilə görüşüb.

“Report”un Rusiya bürosunun məlumatına görə, Müqəddəs Danil monastırında baş tutun görüşdə çıxış edən Şeyxülislam qarşılıqlı münasibətlərdən danışaraq, Patriarxa qardaş deyə müraciət edib.

O qeyd edib ki, Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsi Kirilin sayəsində dini münaqişəyə keçmədi: “Bu işdə sizin rolunuz danılmazdır. Buna görə sizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından təşəkkür edirəm və bu problemin həllində əlinizdən gələni edəcəyinizə inanıram".

A.Paşazadə həmçinin Moskvada azərbaycanlılar üçün məscid inşa olunması ilə bağlı Rusiya patriarxına müraciət edib: “Sizdən xahiş edirəm ki, bir qardaş kimi, Moskvada azərbaycanlılar üçün məscid tikilməsinə yer ayrılsın. Bu bizim münasibətlərin inkişafına təkan verəcək”.

Görüş davam edir. Görüşün sonunda mətbuata açıqlama veriləcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm