Ermənilər ayağa qalxdı: Generalın qardaşı oğlu…
Bizi izləyin

MDB

Ermənilər ayağa qalxdı: Generalın qardaşı oğlu…

Ermənistanın Armavir əyalətinin Arşaluys kəndində səhər saatlarından etibarən gərgin vəziyyət hökm sürür.

Axar.az xəbər verir ki, bir qrup kənd sakini kənd administrasiyasının qarşısında toplanaraq icma sədri Zarzand Qriqoryanın istefasını tələb edib.

Burada etirazçıları polis əməkdaşları qarşılayıb. Tərəflər arasında qarşıdurma baş verib.

Hadisə ilə bağlı əraziyə Mənim Addımım Blokundan olan deputat Taqui Xəzəryan gəlib. Tərəflər arasında deputatın vasitəçiliyi ilə danışıqlar aparılsa da heç bir razılıq əldə olunmayıb.

Qeyd edək ki, Zarzand Qriqoryan general Manvel Qriqoryanın qardaşı oğludur. Kənd sakinləri uzun müddətdir onun istefasını tələb edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm