• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Karapetyan qayıtdı: Moskva Nikola rəqib formalaşdırır

  • MDB
  • 8 Fevral 2019 13:56
Karapetyan qayıtdı: Moskva Nikola rəqib formalaşdırır

Ermənistanın keçmiş baş naziri Karen Karapetyan Ermənistana geri dönüb.

Axar.az xəbər verir ki, bu məlumatı “İrates” qəzeti yayıb. Məlumata görə, Karapetyan kölgədə qalaraq Köçəryanın komandasını siyasi proseslərdə dəstəkləyəcək:

“Karapetyanın reytinqi hazırda çox yüksəkdir. Hakimiyyətin daimi buraxdığı səhvlər, iqtisadi siyasətdəki uğursuzluqlar fonunda onun meydanda yenidən görünməyi effektli ola bilər. Karapetyan kölgədə qalaraq öz planlarını Energetika nazirinin keçmiş müavini Ayk Arutyunyan və onun ciddi mütəxəssislər bloku vasitəsiylə icra edir”.

Qeyd edək ki, fevralın 1-də də Karapetyanın İrəvana “ezam olunduğu” və burada qaz qiymətləri ilə bağlı danışıqlar aparacağı bildirilmişdi. İddia olunurdu ki, o, Ermənistandan ikinci dəfə öz vəzifəsini qoyub, getməsi haqda yaranmış rəylə barışmaq istəmir. Buna görə də Karapetyan Ermənistan siyasi həyatında baş verənlərdən kənarda qalmaq istəmir.

Karapetyanın 1 fevral “ezamiyyəti”ndən sonra yenidən qayıtdığı, yoxsa həmin vaxtdan İrəvanda olduğu barədə məlumat verilmir.

Loading...
Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR