Rusiyaya YENİ ZƏRBƏ: bir neçə həftəyə...
Bizi izləyin

MDB

Rusiyaya YENİ ZƏRBƏ: bir neçə həftəyə...

Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri diplomatik mənbələrə istinadən bildirib.

“Bu gün Almaniyada təhlükəsizlik üzrə 55-ci Münhen konfransı başlayır. Siyasətçilər və ekspertlər müharibələri, münaqişələri və təhdidləri müzakirə edirlər. Bu il həmçinin qızğın müzakirə mövzusu Ukrayna ilə bağlı arası kəsilməyən təcavüzkar davranışına görə Rusiyaya qarşı yeni sanksiyaların qəbul olunmasıdır”, - “Bild” yazıb.

İki Avropa diplomatının sözlərinə görə, Avropa İttifaqı və ABŞ Rusiyaya təzyiqin gücləndirilməsi məsələsində həmfikirdirlər. İlk növbədə, noyabrda Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanmış 24 Ukrayna dənizçisinin azad edilməsindən söhbət gedir.

Diplomatlardan biri vurğulayıb ki, Rusiyaya qarşı yeni sanksiyalar bir neçə həftə ərzində elan ediləcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm