İsrail Rusiyanın Türkiyəyə də satdığı müdafiə sistemlərini məhv etdi - Moskvadan ŞOK CAVAB
Bizi izləyin

MDB

İsrail Rusiyanın Türkiyəyə də satdığı müdafiə sistemlərini məhv etdi - Moskvadan ŞOK CAVAB

İsrail istehsalı olan kamikadze tipli "Mini Harpy" pilotsuz uçuş aparatı Rusiya istehsalı olan S-300 və S-400 havadan müdafiə sistemlərinin 96L6E yüksək hündürlüklü radarlarını dəf edib.

Publika.az xəbər verir ki, bu situasiya Hindistanda təşkil edilən hərbi sərgidəki yayımlanan bir reklamda verilib.

Bu reklamdan sonra Rusiyadan dərhal cavab atəşi gəlib. Mərkəzi Moskvada yerləşən Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko məsələ haqqında açıqlama verib.

“İsrail ordusunun hərəkətləri sərhədlidir. Artıq keçmişdə olduğu kimi, hücumları cavabsız qalmayacaq. İsrail S-300 və S-400-dən qorxmaqda haqlıdır. S-400-lər Rusiyanın Hmeymim bazasını, S-300-lər isə isə Suriyanın təsislərini qoruyur. Suriyadakı sistemlər radarları sayəsində gizli texnologiyaları üçün istifadə edilən kiçik ölçülü hədəflər daxil olmaqla, hər cür hədəfi təsbit edər və raketlərlə məhv edər. Bu cür hədəflər çətin deyil, S-300 və S-400-lər dəfələrlə keçirilən sınaqlarda bu hədəflərin öhdəsindən gəlib”-, Korotçenko bildirib.

O bildirib ki, reklam çarxı İsrailin aşağılıq kompleksinin əksidir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm