MDB
İnqilab, ölkənin parçalanması, Putinin... - Tarixçidən Rusiya üçün DƏHŞƏTLİ PROQNOZ
Rusiya üçün Ukrayna çox geosiyasi düşüncənin mühüm hissəsidir. Rusiya elitaları hətta təsəvvür edə bilmirlər ki, Ukrayna ayrı dövlət kimi mövcud ola bilər. Bizim siyasətlərimiz bunu dərk etməli və bunun əsasında Rusiya ilə münasibətləri qurmalıdır.
Publika.az xəbər verir ki, bunu tarix elmləri doktoru, Ukrayna Milli Elmlər akademiyasının Ukraynanın tarixi İnstitutunun yeni tarix şöbəsinin rəhbəri Georgi Kasyanov “Apostrof” nəşrinə yazıb.
Onun sözlərinə görə, Krımı hazırda nə hərbi, nə də siyasi yolla qaytarmaq mümkün deyil.
“Real həyatı təsəvvür etməyən və tamamilə islaholunmaz fanatiklərdən başqa, heç kəs belə ssenari haqqında hətta düşünməyəcək”, - tarixçi deyib.
Yarımadanın asanlıqla Rusiyaya təhvil verildiyini deyən Kasyanov qeyd edib ki, müstəqil Ukraynanın bütün müddətində Krımın ölkənin qalan hissəsi ilə nə siyasi, nə də mədəni inteqrasiyası üçün heç nə edilməmişdi:
“Birincisi, Krımın hüququ və siyasi statusu konstitusiya əleyhinə mükəmməl idi. Ukrayna unitar dövlətdir, burada isə muxtar respublika var idi. İkincisi, Ukraynanın bütün hakimiyyətləri demək olar ki, Krımın mədəni və mental olaraq Ukraynanın olması üçün heç nə etmədi. Krıma sadəcə ərazi kimi baxılırdı. İndi nə hərbi, nə siyasi, nə də diplomatik vasitəylə Krım qaytarmaq mümkün deyil. Sözsüz, Krımdan heç bir halda imtina etmək olmaz, sadəcə beynəlxalq hüququn qanunları üzrə bunu etmək olmaz. Amma Krımın qayıdışı bir nəslin işi deyil”.
Tarixçi alim hesab edir ki, Rusiya demokratik dövlət kimi mövcud ola bilmir, Rusiyada real demokratiyanın istənilən forması onun dağılmasında ilk addım olacaq.
“Prinsip etibarilə, Sovet İttifaqının təcrübəsi təkrarlana bilər. SSRİ Qərblə iqtisadi yarışın təsiri altında dağıldı. Amma gəlin baxaq, o nə vaxt dağıldı. Artıq orada demokratlaşdırma başlamışdı. Yəni, indi Rusiyada hansısa bir demokratlaşdırmanın perspektivləri mən görmürəm. Amma iş hətta bunda deyil. Gəlin ssenarini proqnozlaşdıraq ki, Rusiyada nəsə oldu: qiyam, üsyan, inqilab, Putin öldürüldü və ya qaçdı. Təsəvvür edək ki, bu ölkədə nə baş verəcək? Birincisi, parçalanıb dağılacaq. İkincisi, Rusiya nüvə potensialına görə böyüklüyünə görə ikinci, bəlkə də birincin nüvə ölkəsidir. Bax o zaman bunların hamısı dağılacaq, bunları km saxlayacaq? Bu, fəlakət olacaq və bu fəlakət, Ukrayna üçün olacaq. Çünki, ən sərhədlərimiz Rusiya ilədir. Təsəvvür edin ki, inqilab baş verir, vətəndaş müharibəsi olur, iqtisadiyyatın dağılır və sərhədlərimizdə çoxlu silah qalır. Ukrayna bununla nə edə bilər? Artıq Donetsk və Luqansk vilayətlərinin üçdə birində oxşar ssenari var, orada çoxlu silah toplanıb və hansı problemlərimizin olduğu ortadadır! Yalnız tamamilə savadsız insanlar və belə böyük hadisələrin nəticələrinin dərk etməyən insanlar düşünə bilərlər ki, Putin öləcək və Rusiya dağılacaq və bu, bizim üçün yaxşı olacaq”.
Ömər Dağlı
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər












.jpg)





















