Prezidentin korteji qəzaya düşdü - FOTO
Bizi izləyin

MDB

Prezidentin korteji qəzaya düşdü - FOTO

Moldova prezidenti İqor Dodonun olduğu kortej qəzaya düşüb.

Publika.az "Sputnik Moldova"ya istinadən xəbər verir ki, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Mühafizəçilərin avtomobillərindən birinin sürücüsü idarəetməni itirib.

Prezidentin qəza nəticəsində xəsarət almadığı bildirilir.

“Mən təhlükəsizlikdəyəm! Mənim olduğum avtomobil zərər görməyib. Yalnız təhlükəsizlik əməkdaşlarının olduğu avtomobil əzilib”, deyə İqor Dodonun Feysbuk səhifəsində qeyd olunub.

Qəzanın digər təfərrüatları və xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm